Amerikalı Yəhudi din xadimlərindən Netanyahuya XƏBƏRDARLIQ

Baxış sayı:
24763

“Fələstinlilərin evlərini yıxmaq İsrailin gələcəyi üçün təhlükəlidir”
 
ABŞ-da yaşayan 300-ə qədər Yəhudi din adamı, İsrail hökumətinin Qərbi Şeriayada yerləşən Fələstinlilərin yaşadığı Susya kəndinin 40 faizini dağıtmaq qərarına qarşı Netanyahuya xitabən bir xəbərdarlıq məktubu göndərib.
Altında 300 Yəhudi din xadiminin imzası olan məktubda deyilir: "Qərbi Şeriada yerləşən Susya kəndinin, məktəblərinin, bəzi evlərin, yeganə enerji mənbəyi olan günəş panellərinin, o cümlədən, kəndin 40 faizinin söküləcəyi xəbərlərindən dolayı böyük qayğı duyuruq. Fələstinlərin məskunlaşma hüquqlarının inkar edilməsi, elektrik mənbəyinin əllərindən alınması, məktəblərin dağılması və bir Fələstin dövlətinin qurulmasının yolunun bağlanması bizim düşündüyümüz təhlükəsiz, dinc və firavan İsrailin həyata keçirilməsinə heç bir töhfə vermir".
Yəhudi din adamları məktubda, iki dövlətli həll olmadığı təqdirdə İsrailin gələcəkdə etibarlı bir yer olmayacağı xəbərdarlığını edərək, "İki dövlətli həll olmaması halında qorxuruq ki, uzun dövrdə İsrail, Yəhudilər üçün təhlükəsizlik və demokratik bir vətən olmayacaq. Bizə Tövratda hər kəsə qarşı eyni qanunun tətbiqi öyrədilib" deyi, qeyd olunub.
Məktubda Susya kəndinin əhalisinin öz kəndlərinin planlaşdırılmasında iştirak etməsi vacibliyi bildirilib. Əl Xəlil şəhərinin cənub yamaclarında yerləşən yüzlərlə Fələstinlinin evlərinin İsrail hökuməti tərəfindən söküləcəyi qorxusunun olduğuna işarə edilərək, Fələstinlilərin öz icmaları arasında azad və təhlükəsiz bir şəkildə yaşamasına hörmət edilməməsinin münaqişə, düşmənçilik, inamsızlığı artıracağı vurğulanmışdır.
Məktubda, evlərindən qovulmağın nə demək olduğunu bilənlər olaraq, qonşularına hörmət edilməməsinin Yəhudi ənənələrinə zidd olduğu bildirilib. İsrail hökumətinin Fələstinlilərin evlərini yıxma qərarının dəstəklənməyəcəyi də xatırladılıb.
Müxalifət.az