"Amerikalı generallar terrorçubaşı Karayılana silah hədiyyə edib” – Türk nazir

Baxış sayı:
5764

Türkiyənin daxili işlər naziri Süleyman Soylu PKK və Suriya qolu YPG haqda önəmli açıqlama verib. Soylu YPG-nin bir komandirinin hazırda Türkiyənin əlində olduğunu və YPG-nin bundan xəbərinin olmadığını bildirib: “YPG tanınmış bir komandiri əlimizdədir, bundan heç YPG-nin belə xəbəri yoxdur. Onun verdiyi məlumatlarla bağlı bir kitab var. Burada, ABŞ-lı generalların terrorçubaşı Murad Karayılana silah hədiyyə etdiyi və mərmilərin zəhərli olduğu, Suriyada terrorçulara Fransızların dəstək verdiyi, ABŞ və Fransa tərəfindən terrorçulara təlim verildiyi, İraqın şimalında hakerlərin hazırlanması üçün təlim verildiyi bildirilir”.
Müxalifət.az