Amerikalı ekspert Trampı Çörçillə müqayisə edib: HƏR İKİSİNİN TÜRKİYƏ SƏHVİ

Baxış sayı:
3286

ABŞ-lı beynəlxalq strategiya mütəxəssisi və analitik Martin Sieff, Vaşinqton rəhbərliyinin son dövrdə Türkiyə ilə yaşadığı gərginlikdə atdığı addımların I Dünya Müharibəsi zamanı Uinston Çörçillin Osmanlı İmperiyasının Almaniya və İttifaq dövlətləri tərəfində müharibəyə girməsinə yol açan səhvləri xatırlatdığını bildirib.
 
“United İnternational Press” (UIP) xəbər agentliyi ilə “Vaşinqton Times” qəzetində 24 il xarici xəbərlər müxbiri və analitik olaraq çalışan, CNN, NPR, Fox News və BBC-də şərhlər verən Sieff, ABŞ mərkəzli Strateji Mədəniyyət Fondunun internet saytında yaydığı məqalədə, Tramp rəhbərliyinin son dövrdə Türkiyə ilə yaşadığı gərginliyin müttəfiqi olan əsas bir ölkəni itirməsinə yol aça biləcəyi xəbərdarlığını edib.
Sieff, "Çörçillin səhvlərini təkrar edən ABŞ, Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmağa məcbur edir" başlıqlı yazısında, ABŞ-ın keşiş Brunson böhranı səbəbindən Türkiyəyə tətbiq etdiyi sanksiyalar, ikitərəfli ticarətdə gətirdiyi yeni gömrük tarifləri ilə F-35 döyüş təyyarələrinin satışının qarşısını almağa yönəlmiş qərarlarının, I Dünya Müharibəsi zamanı İngiltərədə Uinston Çörçillin Osmanlı dövlətinin Almaniyanın tərəfində müharibəyə girməsinə yol açan yanlış addımlarına bənzədiyini ifadə edib.
 
İNGİLTƏRƏ, OSMANLIYA PULUNU ÖDƏNDİYİ HALDA GƏMİLƏRİ TƏSLİM ETMƏMİŞDİ
 
Çörçillin o dövrdə siyasi məsul olaraq, İngiltərə zavodlarında inşa edilən, Osmanlı dövlətinin pulunu nağd ödədiyi 2 döyüş gəmisini təslim etmədiyinə işarə edən Sieff, bu qərarın Osmanlı dövlətinin, Almaniya və Avstriya-Macarıstan İmperiyası tərəfində müharibəyə girməyə məcbur etdiyinə diqqəti çəkib.
Sieff, Osmanlının Almaniyadan aldığı döyüş gəmiləri ilə müharibəyə girməsindən sonra Türk boğazlarının Antanta dövlətlərinə bağlandığı, buna görə İngiltərə və Fransa ilə Rusiya arasındakı tamamlama xəttinin kəsildiyi, İngilislərin bu xətti yenidən açmaq üçün Dardanel cəbhəsində başladığı müharibənin məğlubiyyətlə nəticələndiyini xatırladıb.
 
RUSİYA İLƏ İTTİFAQA MƏCBUR QALACAĞI XƏBƏRDARLIĞI ETDİ
 
Sieff, ABŞ-ın bu gün Türkiyəni uzaqlaşdıran addımlar ataraq İngiltərənin keçmişdəki strateji səhvini təkrar etdiyini, bu vəziyyətin Türkiyəni Şimali Atlantika İttifakıından (NATO) uzaqlaşdıraraq, ŞƏT və Avrasiya İqtisadi Birliyi (AİB) kimi Rusiyanın liderlik etdiyi rəqib beynəlxalq birlik təşəbbüslərinə qoşulmağa məcbur edəcəyi xəbərdarlığını edib.
Türkiyənin hazırda ŞƏT ilə dialoq tərəfdaşı olduğuna diqqəti çəkən Sieff, həmçinin AİB ilə də azad ticarət müqaviləsi bağlamağı düşündüyünü ifadə edib.
Martin Sieff, analizini belə davam edib:
“Bugün Vaşinqton, Makedoniya, Çernoqoriya və Gürcüstan kimi kiçik ölkələri, Estoniya, Latviya və Litva kimi başqa kiçik ölkələrin yerləşdiyi NATO Alyansına inteqrasiya etmək üçün çalışarkən, eyni anda Türkiyəyə ağır sanksiyalar tətbiqi məsələsində kiçik problemli bir mövqe içindədir. Halbuki 63 ildir ki, NATO ittifaqının bir hissəsi olan Türkiyə, ABŞ-ın Şərqi Aralıq dənizi və Orta Şərqdəki hərbi yerləşməsi baxımından həyati əhəmiyyətdədir. Rusiya ilə mümkün müharibə vəziyyətində ABŞ döyüş gəmilərinin Qara dənizdəki tamamlama və əməliyyat qabiliyyəti tamamilə Türkiyənin əməkdaşlığından asılı olacaq".
 
TÜRKİYƏDƏ ƏKSƏRİYYƏT NATO-ya İNANMIR
 
FETÖ-nun 15 iyul dövlət çevrilişi cəhdində NATO və ABŞ-ın roluna dair şübhələr səbəbiylə Türkiyədə NATO-ya olan inamın getdikcə azaldığına işarə edən Sieff, "Türkiyədə getdikcə artan bir əksəriyyət NATO-ya bel bağlamaqdan qorxur" deyib.
Müxalifət.az