​Amerikalı aktyorları İrəvanda döydülər

Baxış sayı:
1282

İrəvanda amerikalı aktyorları döyüblər.
Muxalifet.az erməni mediasına istinadla xəbər verir ki, hadisə 1 noyabr gecə saatlarında baş verib. Hazırda “Mariott” otelində qalan 26 yaşlı ABŞ vətəndaşı Kristofer Reynald və Daniel Kovenin naməlum şəxslər tərəfindən döyüldüyü bildirilib.
Faktla bağlı polis materiallar toplayır.
Döyülənlərin aktyor olduğu və film çəkilişləri ilə bağlı İrəvana gəldikləri qeyd olunub.