Amerika polisi Rusiya konsulluğunu mühasirəyə aldı

Rusiya Federasiyasının San-Fransiskodakı Baş konsulluğunun xidməti hissəsinə ABŞ hakimiyyəti nəzarət edir və ora polis tərəfindən mühasirəyə alınıb.
“RİA Novosti” xəbər verir ki, bunu baş konsul Sergey Petrov deyib.
O vurğulayıb ki, yaşayış olan hissədə əməkdaşlar yaşamağa davam edirlər: “Onlar  orada yola düşənədək qala bilərlər, amma yalnız oktyabrın 1-nə qədər”.
Onun sözlərinə görə, "bu ABŞ hakimiyyəti tərəfindən təyin edilmiş müddətdir".