Amerika ordusu şəhərə hücuma keçdi, Azərbaycan ordusunun bölüyü müdafiə mövqeləri tutdu - "BİR-BİRİMİZDƏN ÇOX ŞEY ÖYRƏNDİK..."

Baxış sayı:
13087

ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi hərbçilərimizin bu təlimlərdə uğurlu iştirakı haqda məlumat yayıb. Məlumata görə təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

“Bu cür təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə olunması, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib”,-Müdafiə Nazirliyi bildirir.

Hərbi sahə üzrə ixtisaslaşmış “Defence Visual İnformation Distribution Servise” (dvidshub.net) portalı da bu təlimlər barədə reportaj verib və orada Azərbaycan hərbçilərinin uğurlu iştirakı barədə danışılır.

“Tankların və hərbi nəqliyyat vasitələrinin sakit Kittenze şəhərinə daxil olması ilə bərabər ağır silahlarla silahlanmış əsgərlər sərhal evlərin damında, içərisində və yollarda müdafiə mövqeyi tutur, bu da zorakı işğalın başladığını göstərir. Bu, “Hohenfels” təlim mərkəzində keçirilən çoxmillətli təlimlərin modelləşdirilmiş ssenarisidir”,-reportajda deyilir.

Azərbayanın sülhməramlı bölüyü, NATO tərəfdaşları və ABŞ ordusunun 4-cü piyada polkunun 1-ci batalyonu bu təlimlərdə mifik “Kittenze” şəhərinin işğalı üçün qarşıduran tərəflər rolunda çıxış edirdi. Təlimlər sentyabrın 3-dən 30-na qədər davam edib. İlk dəfə bu təlimlərdə Azərbaycan hərbçiləri qarşıduran qüvvələrdən biri qismində iştirak edirdi.

Onların qarşıduran tərəflərdən biri kimi vəzifələri bundan ibarət idi ki, ABŞ ordusunun 173-cü piyada briqadasının əsgərlərindən və çoxmillətli tərəfdaşların qüvvələrindən ibarət qüvvələrin mifik şəhərin işğal edilməsinin qarşısını alsın. Məqsəd bölmələrin birgə yerüstü əməliyyatlar zamanı hazırlığını və qarşılıqlı əlaqə şəraitində fəaliyyətini yoxlamaq idi.

“Biz bu təlimlərdə bir-birimizdən öyrənirik və rabitə əlaqələrini yaxşılaşdırıq, xüsusən də söhbət şəhər şəraitində müdafiə əməliyyatlarının keçirilməsindən söhbət gedirsə”,-Azərbaycan ordusunun baş leytenantı, bölük komandiri Samir Yusubov bildirib. “Mən əsgərlərimin peşəkarlığının xeyli yüksəldiyini görürəm”,-o əlavə edib.

 

Reportajda qeyd olunur ki, bu sür ssenarinin simulyasiyası çoxmillətli müttəfiqlərin və Azərbaycan kimi tərəfdaş ölkələrin, o cümlədən ABŞ əsgərlərinin hazırlığını yüksəltmək üçün ideal imkan yaradır. Birgə məşqlər bütün iştrakçılara öz döyüş qabliyyətlərini artırmağa və kommunikasiyalara kömək edir.

“Biz əllə çoxsaylı siqnallar verməklə dil baryerini aşmalıydıq ki, bu da missiyanın ümumi uğuruna kömək etdi. Biz bir-birimizdən çox şey öyrəndik”,-bunları isə ABŞ ordusunun kapitanı, bölük komandiri Kayl Çeyz deyib.