Amerika İranda dərinə və uzağa qazır:Azərbaycan amili Yaxın Şərqin və Cənubi Qafqazın geopolitik gerçəkliyini dəyişə bilər – Təhlil

Baxış sayı:
3332

Vaşinqtonun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının İran üzrə çağırılmış toplantısından sonra Ağ Evin planları nəinki dəstək qazanıb, həm də “İranda siyasi dəyişikliklərə nail olmaq üçün xarici basqıdan istifadə ideyasını” pisləyən, məsələn, Fransa kimi ənənəvi müttəfiqlərin töhmətini doğurub. Qərb və Rusiya ekspertlərinin əksəriyyəti bildirib ki, “hər şey heç də ABŞ-ın planlaşdırdığı kimi getməyib”. Moskvadan danışılsa, o, ABŞ-ı birbaşa ittiham edib ki, “İranla nüvə sazişini pozmaq üçün qəsdən kurs aparır və BMT platformasından isitfadə edərək beynəlxalq təşkilatın nüfuzunu sarsıdır”.
Lakin intriqa bundadır ki, amerikalılar İran üzrə BMT TŞ üzvləri arasında qüvvələr nisbəti haqda çox gözəl məlumatlandırılmışdılar. Rusiyanın Tehranla nüvə sazişini pozmaqda ABŞ-a dair ittihamları zəif görünür. Donald Tramp belə bir addımı əvvəllər də və istənilən bəhanə ilə ata bilərdi. Amma 2015-ci ildə İranla sazişə qarşı fəal şəkildə çıxış edən senator Ben Kardinin qeyd etdiyi kimi, birincisi, “ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirləri hesab edirlər ki, saziş şərtlərinin və danışıqlarda iştirakın saxlanması bizim milli təhlükəsizlik maraqlarımıza uyğun gəlir”.
İkincisi, Vaşinqton artıq hazırlanmış “Kürəsəl Maqnitski Aktı”nda etirazların boğulmasında əli olduğu bəhanəsilə müxtəlif iranlılara qarşı viza və maliyyə sanksiyaları tətbiq edəcək. Bu isə çoxgedişli oyunun əlamətidir.
Qeyd edək ki, Barak Obama administrasiyası öz zamanında islahatçı sayılan prezident Ruhaninin mövqeyini möhkəmləndirmək ümidiylə Tehranla təmasa girərək güman edib ki, İran üzərindən sanksiyaların hətta qismən götürülməsi Tehran rejiminin tədricən liberallaşmasına şərait yaradacaq. Bu, həqiqətən də, baş verməyə başlamışdı. Ancaq Tramp administrasiyası Tehranın Yaxın Şərqdə yüksələn geopolitik rolunu qeyd etməyə başlayıb ki, bu da ABŞ və müttəfiqini – İsraili, bəzi ərəb ölkələrini, xüsusən də Səudiyyə Ərəbistanını qane etmir. Nəticədə İran “ABŞ-ın bölgədə baş düşməni” elan olunub və ona qarşı əməliyyat xarakterli tədbirlər həyata keçirməyə, müxtəlif koalisiyalar yığmağa başlayıblar ki, “özgə əliylə” hərəkət etmək imkanı olsun. Bu, prezident Ruhaninin mövqeyini obyektiv şəkildə sarsıdır və belə bir durumda nüvə sazişindən çıxmaq axmaqlıqdır. Bir tərəfdən “altılığın” tərkibində təcridə düşməmək, digər tərəfdən nəbzi əldə tutmaq üçün onu asılı halda saxlamaq başqa məsələdir.
ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heylinin “İran rejiminin hazırda “qeydə götürüldüyü” haqda çoxmənalı bəyanatı buradandır: dünya sizin nə etdiyinizə göz qoyacaq”. Vaşinqton “İran rejimi” deyərkən nəyi nəzərdə tutur? İlk baxışdan, sanki bu ölkədə 1979-cu il inqilabından sonra formalaşaraq ayətullah Ruhulla Xomeyninin başçılığı ilə hakimiyyətə gəlmiş İran ruhanilərinin siyasi sistemini. Lakin paradoks bundadır ki, İran rejiminin sabit siyasi xarakteristikası nə Qərb, nə Rusiya tarixşünaslığında ehtiva olunub. Onu bir qayda kimi idarəçilik strukturu, ideologiya baxımından təsvir edir, müəyyən özəlliklərini etiraf etsələr də, bölgənin başqa avtoritar rejimləri ilə bir sıraya qoyurlar.
Bu, İran üçün idarəçiliyin güclü şəkildə şəxsləşdirilməsindən ibarətdir: yuxarıdan göstəriş qəti konepsiyanın ifadəsi kimi qəbul edilir. Bu gün İranda ali lider Əli Xameneinin başçılığı ilə ruhanilərin nüfuzu yüksək olaraq qalır. Qüvvələr düzülüşünü müəyyən edən qalan amil və institutları alət kimi nəzərdən keçirmək olar, amma bunlar ayrı-ayrı hallarda müstəqil dəyər kəsb edə bilər. Deməli, ABŞ İranda yalnız iki nəfəri – rəhbər Xamenei və prezident Ruhanini “qələm” altında saxlaya bilər. Ölkə üzərində nəzarət daxil olmaqla siyasi dəyişikliklərə istənilən cəhd ya yuxarıdan, ya da aşağıdan qaynaqlana bilər. Birinci halda əməli gerçəkləşmə üçün böyük şanslarla. Uyğun olaraq, Vaşinqton İran rejimui üzərində nəzarət qurmaq istəyini bildirməklə bunu ya hakim rejimin əvəzlənməsi, ya da bu ölkədə daha üzüyola və qoy hətta çalmada olsa da, Qərbyönlü siyasətçilərin hakimiyyətə gəlişi ilə əlaqələndirir. Qərb iranşünaslarının sıralamağı sevdikləri sxem bu cür meydana çıxır. Mənşəcə etnik azərbaycanlı, 78 yaşlı rəhbər Xamenei var. 1989-cu ildən İranın ali lideridir, “qatı mühafizəkar və Amerika qənimi” kimi ad çıxarıb.
Fəaliyyətdəki prezident, liberal adı çıxarmış, icra hakimiyyətinin başçısı, İranda dövlət xadimi, siyasətçi və şiə ilahiyyatçısı kimi təqdim edilən Həsən Ruhani var. Xameneinin yaşı onun varisi haqda məsələni aktual edir. Üstəgəl, kəskinləşməsə də, özünü bəlirləyən milli məsələ və geopolitik intriqa Tehran üçün çalınıb: Azərbaycan türklərinin şimalda öz dövlətçiliyi var, antişah hərəkatında hissolunacaq rol oynadıqları İranda isə onların təmsilçisi rəhbərdir. Bu məsələ və yaxud hətta problem müəyyən şəraitdə və hallarda həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda rezonans qazana bilər. İranda siyasi mübarizə güclənəcək, təkcə məzhəb deyil, həm də etnik amillə sıx bağlı olan yeni qüvvələr meydana çıxa bilər. Bu gün Azərbaycanda 9 milyondan yuxarı, bəzi məlumatlara görə, İranda isə 20 milyondan (müəllif burada İran Azərbaycanı türklərini nəzərdə tutur-tərc.) çox adam yaşayır. Azərbaycan xalqının əsas “nüvəsi” haradadır və hansı tərəfə yerini dəyişəcək? Axı onun yer dəyişəcəyinə şübhə yoxdur. İslam daxilində sünni və şiələr cütlüyünün varlığı halında. Belə ki, amerikalılar dərinə və uzağa qazırlar.
Hələlik isə İranda etirazlara dəstəyə görə Şiraza səfər zamanı keçmiş prezident, deyildiyi kimi, etnik mənşəcə talış Mahmud Əhmədinejad həbs olunub.
Xəbər verilir ki, hakimiyyət Əhmədinejadın Buşəhrdəki bəyanatını “iğtişaşlara təhrik” kimi dəyərləndirərək belə qərar alıb. ərəb nəşri “əl-Qüds əl-Ərəbiyyə”nin versiyasına görə, keçmiş prezident “fəaliyyətdəki məmurların bəziləri adamların problemlərinə yad həyat sürür və cəmiyyətdəki gerçək durum haqda heç nə bilmirlər” və “adamların (prezident Ruhani başda olmaqla) bu hökumətdən narazı olduqları” və onu “hakimiyyət və resurslar üzərində monopoliyada” ittiham bəyanatından sonra Xameneinin sanksiyası ilə həbs olunub.     
İranda nəsə çox ciddi bir şey başlanır… 
Tərcümə Strateq.az-ındır.