​Amerika GİZLİ MƏQSƏDİ AÇIQLADI: Rusiyanı... - ŞOK PLAN

Baxış sayı:
466

Moskvaya qarşı iqtisadi sanksiyaların hədəfi Rusiyanı güclü ordu və donanmadan məhrum etməkdir.
Muxalifet.az “Pryamoy” Ukrayna telekanalının efirində ABŞ-ın Ukraynadakı keçmiş səfiri, Atlantik Şurasının Avrasiya mərkəzinin direktoru Con Xerbst bildirib.
“Biz istəyirik ki, onların iqtisadiyyatı daha zəif olsun, çünki güclü iqtisadiyyat güclü ordu deməkdir. Biz istəmirik ki, təcavüzkar dövlət güclü orduya və ya güclü dəniz donanmasına malik olsun. Buna görə də sanksiyalar, sözsüz ki, maraqlarımıza xidmət edir”, - o deyib.
Xerbst Beynəlxalq Valyuta Fondunun açıqladığı rəqəmlərə istinad edərək qeyd edib ki, Rusiyanın ümumi daxili məhsulu sanksiyalara görə ildə bir faizdən çox itirir.
Daha əvvəl Amerika Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, Avropa ölkələri və Vaşinqton Qara dənizdə Ukrayna gəmilərinə hücumla əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini fikirləşməlidir.