​ALTI NƏFƏR YOL QƏZASININ QURBANI OLDU

Baxış sayı:
1840

Həftə sonu ərzində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 6 nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iki gün ərzində ölkənin avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, şənbə günü yollarda 5 avto-qəza hadisəsi yaşanıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ötən gecə baş verən 5 yol qəzası zamanı isə 4 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.