Altay Həsənov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Baxış sayı:
1085

Prezident İlham Əliyev Altay Tofik oğlu Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Muxalifet.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.