​Alpinistlərlə bağlı xoş xəbər: Onlar sağ qala bilərlər - Video

Baxış sayı:
5345

İtkin düşən alpinistlər peşəkar olduqlarından üç həftə sağ qala bilərlər.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov bildirib.
Onun sözlərinə görə, itkin düşənlərin hər üçü peşəkar alpinistdir: "Bu sahə üzrə peşəkar olan alpinistlər belə şəraitdə üç həftə sağ qala bilirlər. Axtarışlar davam edir, aidiyyəti qurumların əməkdaşları hər hansı bir nəticə əldə etmək üçün birgə səylə çalışırlar. Axtarışlar iki istiqamətdə - Qəbələ və Mahmuddərə ərazilərində davam etdirilir".