​Alpinistlərin axtarışına xarici mütəxəssislər CƏLB OLUNUR

Baxış sayı:
4933

Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.
Muxalifət.az xəbər verir ki, bu barədə oxu.az-a "Gilavar" Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17" təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.
Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.