Alpinistlərin axtarışı ilə məşğul olan klubdan sərt açıqlama

Baxış sayı:
854

“Gilavar” Hava-Ekstremal İdman Klubunun “Facebook” səhifəsində  Qəbələ dağlarında itkin düşən alpinistlərin izinə düşüldüyü barədə xəbərlər təkzib edilib.
 
“Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara əl atmaqla hazırda gözüyaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək”, – açıqlamada bildirilir.
Qeyd edək ki, alpinistlərin izinə düşüldüyü barədə məlumatı APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.
Ş. Mirzəyev qeyd edib ki,  itkin düşmüş alpinistlərə aid olduğu ehtimal edilən ayaq izləri aşkarlanıb: “Bizim əməkdaşlar məlumat verdilər ki, Mahmuddərədən Tufandağa qalxanda, sağ tərəfdə ayaq izləri aşkarlanıb. Ayaq izlərinin ölçülərindən biri kiçikdir, xanıma aid olduğu ehtimal edilir”.