​Alpinistlər 10-15 metr qarın altındadır - Polkovnik

Baxış sayı:
2432

Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar.
Muxalifət.az xəbər verir ki, bu sözləri itən alpinistlərin axtarışı ilə məşğul olan qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev xeber365.com-a açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur:
 “Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk”.
Ş.Mirzəyev qeyd edib ki, indidən konkret söz demək çətindir: “Allahın möcüzəsi olur”.
Qeyd edək ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.
Dekabrın 26-dan onların axtarılması istiqamətində işlər aparılır.