Almanların Türkiyə qorxusu: Bu ölkəyə hücum olarsa...

Baxış sayı:
20350

Şimali Atlantika blokunun 70 illik yubileyi dövründə Avropa əhalisinin bu alyansa soyuq münasibəti müşahidə olunur.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, 2017-ci ildən bəri avropalıların NATO-da üzvlük məsələsinə münasibəti dəyişib, öz ölkələrinin NATO-da qalmasını dəstəkləyənlərin sayı azalıb. Ölkənin alyansda üzvlüyünün tərəfdarlarının sayı Böyük Britaniyada 73 faizdən 59 faizə, Almaniyada 68 faizdən 54 faizə, Fransada 54 faizdən 39 faizə, Hollandiyada 88 faizdən 79 faizə, Danimarkada 80 faizdən 70 faizə, Norveçdə isə 75 faizdən 66 faizə düşüb.
Eyni zamanda avropalılar bu təşkilatın Nizamnaməsinin 5-ci maddəsini kollektiv təhlükəsizlik konsepsiyasının ən “toxunulmaz əsası” hesab edirlər. AFR-də əhalinin 58 faizi, Fransada 53, Böyük Britaniyada 66, ABŞ-da 57 faizi həmin maddəni dəstəkləyir.
Bununla bərabər, almanların yalnız 14 faizi hesab edir ki, NATO-nun üzvü olan Türkiyəyə hər hansı dövlət tərəfindən hücum ediləcəyi təqdirdə blok bu ölkənin köməyinə gəlməlidir. Bu fakt Almaniya cəmiyyətinin gizli ksenofob xarakterini və hökumət tərəfindən gizli nəzarət edilən KİV-lərin köməyi ilə “beyinlərin yeyilməsi” qarşısında acizliyini bir daha üzə çıxarır.