Almaniyaya aparılan Hacı Mazanın son durumu

Baxış sayı:
377

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyaya gedib.

Muxalifet.az xəbər verir ki, bu barədə lent.az-a onun həkimi Cəfər Nəsirli məlumat verib. O bildirib ki, Ramazan Əliyevin tam sağalmaması ilə bağlı yayılan məlumatlar düzgün deyil:

"R.Əliyev tam sağalmasaydı, Masallıya gedib istirahət edə bilməzdi. Buraya normal yoxlanışa gəlirdi, hazırda da Almaniyaya yoxlanış üçün gedib. Onun səhhəti ilə bağlı özü ilə əlaqə saxlayıram və hazırda vəziyyəti yaxşıdır, heç bir problem yoxdur”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.