​Almaniyanın Yerevandakı səfirliyi qarşısında aksiya keçirildi

Baxış sayı:
5719

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər.
Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyi xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.
Təşkilatçılar sabah - fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər.
“Report” bildirir ki, həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.