​Almaniyadan İncirlik etirafı: “Bizə baha başa gəldi”

Baxış sayı:
1822

Almaniya əsgərlərinin İncirlik hərbi bazasından İordaniyaya köçürülməsi bizə mənfi təsir göstərdi.
Bu sözləri Almaniyanın Ankaradakı səfiri Martin Erdmann deyib.
"İŞİD-lə mübarizə çərçivəsində İncirlikdə yerləşdirilən birləşmələrin köçürülməsi bizə baha başa gəldi. Almaniya-Türkiyə münasibətləri normallaşdırılacağı halda belə İncirlik yenidən qazanıla bilməyəcək", - səfir bildirib.
Qeyd edək ki, FETÖ istintaqı çərçivəsində axtarışda olan şəxsləri Ankaraya təhvil verməyən Berlin İncirlik hərbi bazasına millət vəkillərinin səfərini təşkil etmək istəsə də rəsmi Ankara buna icazə verməmişdi. Buna cavab olaraq Almaniya İncirlik bazasındakı hərbi kontingentini çıxarmışdı(axar.az).