​Almaniyadan gözlənilməz istefa xəbəri - 3-cü YERİ QƏBUL ETMƏDİ...

Almaniya üçün Alternativ Partiyasının sədri Frauke Petri tutduğu vəzifədən istefa verib.
Muxalifət.az xəbər verir ki, Almaniyada keçirilən parlament seçkilərində ən çox səs toplayan 3-cü siyasi partiya olan Almaniya üçün Alternativ Partiyasının sədrinin istefaya getməsi ölkədə təəccüblə qarşılanıb.
Qeyd edək ki, bir qədər əvvəl Almaniya üçün Alternativ Partiyasının parlamentdə təmsil olunmaq haqqı əldə etməsi ilə əlaqədar Berlin şəhərində etiraz mitinqləri baş tutmuşdu.