​Almaniyada qalmaqal — Bin Ladenin mühafizəçisi 21 ildir sosial yardımla yaşayıb

Baxış sayı:
3028

Almaniyada yeni qalmaqal üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, tunisli bir şəxs 21 ildir ki, dövlətdən 1168 avro sosial yardım alır. Bu şəxsin Bin Ladenin mühafizəçisi olduğu üzə çıxıb. Alman mətbuatı müəyyən səbəblərə görə şəxsin adını yayımlamayıb.
Tunisə deportasiya edilmə tələbi isə işgəncələrə məruz qalacağı səbəbi ilə Almaniya tərəfindən rədd edilib.
Bin Ladin 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanda öldürülüb. 11 sentyabr hücumçularından ən azı üç nəfərin Hamburqda yaşadığı deyilir.