Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü

Baxış sayı:
1149

Almaniyada koronavirusa yoluxanların sayı artıb.

Bu barədə “Focus Online” nəşri bildirib.

Nəşrin məlumatına görə, ölkədə xəstələrin sayı 22,1 min nəfəri ötüb. Həmçinin qeyd edilir ki, 76 insan COVID-10 infeksiyasının qurbanı olub. 

Yoluxma hallarının ən böyük sayı Şimali Reyn-Vestfaliyanın payına düşür - burada 6,7 min nəfərdən çox insan virusa yoluxub. Bavariyada 3 695, Baden-Vürtemberqdə 3 818 yoluxma halı qeydə alınıb.

Nəşrin hesablamasına görə, xəstəliyin yayılma sürəti azalıb. Daha əvvəl artım 30%-i ötürdü, indi o 12,1% təşkil edir./report