Almaniyada koronavirusa yoluxanların sayı 20 min nəfərə çatır

Baxış sayı:
1704

Almaniyada koronavirusa yoluxma hallarının sayı 19,7 minə çatıb.

“Report” xəbər verir ki, bu göstəriciləri Almaniyanın federativ ərazilərindən daxil olmuş məlumatlara istinadən N-TV telekanalı açıqlayıb.

Qeyd edilir ki, əvvəlki günlə müqayisədə artım təxminən 4 min yeni hal təşkil edib. Şimali Reyn-Vestfaliya, Baden - Vürtemberq və Bavariya Almaniya Federativ Respublikasında (AFR) koronavirusun yayılması episentri kimi qalırlar.

Ölkədə xəstəlikdən 40-dan çox insan ölüb.

Bazar günü AFR kansleri Angela Merkel və federativ ərazilərin baş nazirləri virusun çox sürətli yayılması əlaqədar olaraq ölkədə komendant saatının tətbiqi məsələsini müzakirə etmək niyyətindədirlər.