Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Baxış sayı:
3262

Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.

Muxalifet.az xəbər verir ki, bu barədə “Radiobielefeld” xəbər verir.

Məlumata görə, hadisə Şimali Reyndə baş verib.

Lemqo şəhərində maskalı velosipedçi 33 yaşlı piyadanın başına daha əvvəl tezalışan mayeyə batırılmış yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb. Məlumata görə, ölən şəxs Azərbaycan əsillidir.

Hadisəni törədən şəxsin axtarışları davam edir. Cinayətin başvermə səbəbi hələ məlum deyil.