Almaniya seçkilərində Merkel qələbə qazandı

Almaniyada federal məclisə seçkilərin ilkin nəticələri açıqlanmaqdadır.
 
Səsvermə artıq yekunlaşıb.
İlkin məlumatlara görə, Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası (CDU) seçkilərdə 32.5 faiz səs toplayaraq birinci olub. Növbəti yerləri Almaniya Sosial Demokratlar (SPD) Partiyası (21 faiz), Almaniya üçün Alternativ (AfD) Partiyası (13.5) bölüşüblər.
SPD Merkelin partiyası ilə koalisiya qurmayacaqlarını bəyan edib. SPD rəsmisi Manuela Scvesig bəyan edib ki, nəticələr onlar üçün uğurludur: "Ana müxalifət olacağıq".
İfrat sağçı AfD isə bəyan edib ki, ölkəni dəyişmək üçün əllərindən gələni edəcəklər.