Almaniya Müsəlmanlardan üzr istədi

Baxış sayı:
4072

Almanyada 28 noyabrda keçirilən 4-ci Almaniya İslam Konfransında donuz əti verilməsinin ortaya çıxması mübahisələrə yol açıb.
 
Almaniyada dövlət qurumları və ölkədə yaşayan Müsəlmanlar arasında ünsiyyəti gücləndirmək və problemlərə həll axtarmaq məqsədilə ilk dəfə 2006-ci ildə açılan konfransda açıq bufet kimi ikram edilən şam yeməyində donuz ətinin də olması təpkilərə səbəb olub.
Sosial mediada edilən şərhlərdə konfransı keçirən Daxili İşlər Nazirliyi sərt bir şəkildə tənqid edilib. Ancaq donuz ətinin yalnız bu il deyil, keçmiş illərdə də verildiyi qeyd edilib.
Daxili İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada isə 13 növ yemək verildiyi, bunların içində halal, vegeteryan, ət və balıq olduğu ifadə edilib.
İştirakçıların "dini müxtəlifliyinin" də nəzərdə tutulduğu bildirilən açıqlamada, yenə də bunda üzüntü duyduqları deyilib.
Açıqlamada həmçinin yeməklərin yanında etiket olduğu və şəxsi heyətə də məlumat vermək üçün göstəriş verildiyi vurğulanıb.
Müxalifət.az