Almaniya da ABŞ-a etiraz etdi

Baxış sayı:
3203

Almaniyanın Frankfurt şəhərində mindən çox adam ABŞ-ın Qüdslə bağlı verdiyi qərara etiraz edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. Məlumata görə, Frankfurtun Mərkəzi Dəmir Yolu xəttinin yaxınlığından başlayan yürüşdə etirazçılar əllərində Türkiyə, Fələstin və Almaniyanın bayraqlarını tutaraq, “Biz antisemitizm deyilik”, “Qüds Fələstinin paytaxtıdır”, “Fələstinə azadlıq”, “Qüds hər zaman Fələstinin paytaxtı olacaq” şüarlarını səsləndiriblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bir çox ölkədə bu qərara etiraz olaraq aksiya təşkil edilir.