Alman terrorçu öldürüləndə ortaya çıxdı! PKK-nın "idman yarışı" oyunu

Baxış sayı:
8866

Türkiyədə Yüksəkova-dakı öldürülən terrorçulardan birinin Alman vətəndaşı Jakop Riemer olduğu məlum olub. Riemer-in Hamburqdan, "Turnir yarışına gedirik" yalanı ilə aldadılıb, Qəndilə gətirildiyi müəyyənləşdirilib
 
 Terror təşkilatının mətbuat orqanları üç gün əvvəl Yüksəkovada zərərsizləşdirilən terrorçulardan birinin Almaniya təvəllüdlü Şiyar Gabar kod adlı (Jakob Riemer) olduğunu açıqlayıb. Bu açıqlama ilə xüsusi xidmət orqanları apardıqları araşdırma ilə Almaniyanın Hamburq şəhərində yaşayan Luitz - Katerina Riemer ailəsinin uşaqları olan Jakopun 2013-də 19 yaşında ikən oxuduğu məktəbin və yaşadığı məhəllənin Həndbol komandasında olduğu zaman qaçırıldığını müəyyənləşdirib.
 
ƏRBİLDƏN QƏNDİLƏ
 
 Jakop Riemerin PKK təşkilatçılarının qurduqları sözdə idman klubu vasitəsilə “Turnir yarışına qatılacaqsan” deyərək aldadılıb, əvvəl təyyarə ilə Şimali İraqa, oradan da Qəndilə gətirildiyini və bir müddət əvvəl Türkiyənin hərbi baza bölgəsinə hücum etmək üçün hazırlanan 6 nəfərlik qrupla sərhədi keçərək Türkiyəyə daxil olduğunu müəyyən edib.
Müxalifət.az