​Alman nəşri Ərdoğandan belə üzr istədi

Baxış sayı:
1352

Almaniyanın “Der Şpigel” nəşrinin redaktoru Klaus Brinkbaumerin Tvitter hesabı hakerlər tərəfindən ələ keçirilib.
Muxalifet.az xəbər verir ki, hakerlər redaktorun hesabına Türkiyə bayrağı və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu yerləşdiriblər.
Paylaşımların yuxarısında isə alman dilində “Bugünə kimi yayımladığımız xəbərlərdən dolayı Türkiyə dövləti və prezident Rəcəb Tayyib Ərdoğandan üzr istəyirik”, deyə qeyd edilib.
Həmçinin hesabın adı da “@BrinkbaeumerTR” olaraq da dəyişdirilib.