​Alman nazir ABŞ tanklarını qarşılamaqdan imtina etdi

Baxış sayı:
2060

Almaniyanın Brandenburq federal subyektinin baş naziri Ditmar Voydke ABŞ hərbçilərini qarşılamaqdan imtina edib.
Muxalifet.az xəbər verir ki, Voydke yaydığı bəyanatda Amerika tanklarının Almaniyaya xeyir gətirməyəcəyini söyləyib.
“Mən Abrams-M1 tanklarına girmək və Amerika əsgərlərini salamlamaq niyyətində deyiləm. Küçədə dayanaraq, onların əlini sıxmayacağam. Bura gələn tanklar uzunmüddətli perspektivdə Almaniyaya xeyir gətirməyəcək. Biz Rusiya qarşısında məsuliyyət daşımalıyıq. SSRİ olmasaydı, Almaniya birləşməyəcəkdi. Bunu çox tez unuduruq”, – deyə o bildirib.