Alman mətbuatından Ərdoğana qarşı çağırış

Baxış sayı:
2932

Almaniya kansleri Angela Merkelin Türkiyə prezidenti Ərdoğanı ölkəsinə dəvət etməsi, Alman mətbuatında etirazla qarşılanıb. Alman qəzeti “Die Welt”, Ərdoğanın Almaniyada etirazlarla qarşılanması lazım olduğunu yazıb.
 
Alman “Die Welt” qəzeti, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri ilə bağlı olaraq “Vətəndaş cəmiyyəti etiraz aksiyaları keçirməklə Ərdoğana avtokrat liderlərin demokratik bir ölkəyə gəlməsinin təhlükəli olduğunu göstərməlidir” deyə, çağırış edib.
“Die Welt” yazıda sonra bunları qeyd edib:
“Dövlət qonağı dövlətin qonağıdır, xarici bir ölkədə insanları etiraza təhrik edə bilməz. 1980-cı illərdə ABŞ prezidentləri səfərə gələndə Almaniyada yer yerindən oynayar, etirazlar bir-birini əvəzləyərdi. Vətəndaş cəmiyyəti bu ənənəni yenidən canlandırıb, keçirilən etirazlarla Ərdoğana avtokrat liderlərin demokratik bir ölkəyə gəlməsinin nə qədər təhlükəli olduğunu göstərməlidir”.
Müxalifət.az