Alman jurnalist Qərbin OYUNUNU AÇIQLADI

Baxış sayı:
5344

Dünya şöhrətli Alman jurnalist-yazıçı Kristof Hörste iştirak etdiyi bir canlı yayım proqramında gündəmə dair mühüm təsbit və açıqlamalar verib. Hörstel, Türkiyənin itaət etmədiyi üçün hücumlara məruz qaldığını bildirib.
 
Hörstel, Türkiyə və prezident Ərdoğanın Qərb dünyasında nə qədər ikiüzlü bir siyasət ilə qarşılaşdığını və bunun səbəblərini anladıb:
 
QƏRB TÜRKİYƏNİN SİYASƏTİNƏ PƏL VURMAQ İSTƏYİNDƏDİR
 
“Hazırda Türkiyədə yaşamıram, hadisələri kənardan izləyirəm, amma gördüyüm şey budur, Türk insanı dərk etdi ki, ölkəsində təsirli bir siyasət yürüdülür. Qərb Türkiyənin siyasətinə barmağını soxmağa çalışır. Və bəzi siyasi partiyaları prezidentə və ölkəyə qarşı istifadə etməyə çalışır. Xarici qüvvələr, Türkiyənin etdiyi bütün müsbət dəyişiklikləri, inkişafı əksinə çevirməyə çalışır”.
 
Sual; Türkiyəyə böyük bir təzyiq var və bu təzyiqləri edənlər Türkiyəyə qarşı iqtisadiyyatı istifadə edir. Sizcə, Amerika kapital mi bunu edir? Və məqsədləri nədir bunu edənlərin?
 
TÜRKİYƏYƏ BEYNƏLXALQ MOBBİNG APARILIR
 
“Gördüğünüz kimi yalnız Amerikan kapitalı deyil, beynəlxalq, hətta qlobal kapital bunu edir. Daha əvvəl bunu İsveçrə universitetlərində təhlil etmişdik. 2010 araşdırmasında demişdilər ki, bütün dünyadakı banklar tək bir kartel yaradır. Bir qrup var dünyada, banklar qrupu. Və bu banklar qrupu da siyasət üzərində çox təsirli bir qrupdur. Türkiyənin üzərindəki təzyiq təkcə iqtisadi deyil, faiz üzərindən də təzyiq yaradılır. Beynəlxalq Mobbing tətbiqi aparılır hazırda.
Əgər bir Türk şirkətisinizsə, işləriniz çox yaxşı getməyə bilər, kənarda təzyiq görə bilərsiniz. Bu vəziyyət Türkiyənin siyasətinə təzyiq etmələrinin bir hissəsidir. Çünki təzyiq onu etməyə çalışırlar ki, Türkiyə özünü qorumamalı, Suriyada özünü terrorçulara qarşı qorumamalıdır. Bilirik ki, qarşıdakı illərdə Amerikalıların bəzi planları var. 500 milyon dollar nəzərdə tutub Amerikalılar və bu pulu da sanki dünyanı fəth etmək üçün istifadə edəcəklər, PKK əsaslı ordunu dəstəkləmək üçün istifadə edəcəklər bu pulu, bunu hamı bilir. Sadəcə, Suriyaya qarşı deyil, Türkiyəyə qarşı da bu ordu istifadə ediləcək.
 
VAŞINGTON TƏRƏFDAŞLIQ DEYİL, İTAƏT İSTƏYİR
 
Türkiyənin siyasətlərinə qarşı qətiyyətli bir siyasət qurmaq istəyirlər. Baxın, NATO bir qardaşlar qrupu deyil, üzərində Amerika kimi bir ortaq başçısı var. Bu mənim təhlilim deyil, qlobal olaraq bilinən bir şeydir bu. Oradakı başçıya tabe olmaq lazımdır. NATO-da bir şef var, o da Amerikadır. Türkiyənin siyasətini tənzimləmək istəyirlər. Əvvəlki baş nazirimiz, Kanslerimiz Villi Brandt da bunu demişdi əslində. Hamı bilir ki, Vaşinqton ortaq istəməz, Vaşinqton yalnız tərəfdaşlarının ona tabe olmasını və itaət etməsini istər.
 
Sual: Türkiyə başını əymir, uyğun gəlmir Amerikaya, elə buna görə də bu mobbingi görürük. Bəs, bu beynəlxalq mobbingə qarşı Türkiyə necə duracaq?
 
TÜRKİYƏ AĞILLA ÖZ YOLLARINI VƏ OYUNUNU QURUR
 
Məncə, Türkiyə çox ağıllı şəkildə öz yollarını qurur hazırda. Böyük güclərin arasındakı nazik xətlə gedir. Rusiya ilə çox ağıllı bir şəkildə dostluqlarını başladılar. Almaniya olaraq məsuliyyətimiz var və mən siyasətçi olsaydım Türkiyə prezidentinin etdiyinin eynisini edərdim. Bu böyük qlobal güclərin arasındakı boşluqları istifadə edərək oradan gedərdik, bizdə bu cür edərdik. Amma dünyada əgər haqqımız olan azadlığı bizə verməyəcək bir qüvvə olsaydı bizdə özümüzü qorumaq məcburiyyətində qalardıq Almaniya olaraq, bizdə bu cür edərdik. Və Türkiyə də əslində bunu edir və çox yaxşı da edir”.
Müxalifət.az