Allahşükür Paşazadə Moskvaya getdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Moskvaya gedib.
 
Muxalifet.az bildirir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində A.Paşazadə ilə bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək.
Görüş bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə keçiriləcək.
Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.