“Alcaldır dizi-dizi... Sürüyür şeytan bizi...” - “Siyasətlə maraqlanmıram” deyənlərə

Baxış sayı:
13177

Azərbaycanda bəzi kişilərin, istər çalıb-oxuyan, istər elm, istər də iş adamı olsun, ölkədəki bəzi dərəbəyliklərdən söhbət düşəndə “siyasətlə maraqlanmıram” deməsinin yəqin ki, şahidi olmusunuz. Qadınları başa düşmək olar, müsəlman dünyasıdır, uşağa baxmaq var, ərin nazı ilə oynamaq var, paltar-palaz yumaq, xörək bişirmək və sair işlərin çoxluğundan əksər xanımlar siyasətə maraq göstərmir. Kişinin yaşadığı cəmiyyətdə cəryan edən proseslərə biganəlik nümayiş etdirməsi bir az qəribə görünür. Əvvəla onu deyim ki, siyasətlə maraqlanmaq canlılar aləmində yalnız insanlara nəsib olub. Nədən ki, insanın başında AĞIL adlanan bir nəsnə var. Söhbət dərk etmək, düşünmək iqtidarında olan BAŞ-dan gedir, üzr istəyirəm, eşşəkdə və ya qoyunda olan başdan yox. O başdan ki, insan yaradıcılıqla məşğul olmağa, qurub- yaratmağa, humanistliyə, gələcəyi düşünməyə vadar edir. İndi bəzi cənablar deyəndə ki, “mən siyasətlə maraqlanmıram”, adam istər-istəməz BAŞ haqqında düşünmək məcburiyyətində qalır. Və iki nəticə hasil olur. Ya o kəslərin başı eynən eşşəyin və qonun başı kimi işləyir, ya da mal-mülkünü və bəzi anatomik orqanlarını sığortalamaq üçün siyasətlə maraqlanmadıqlarını izhar edirlər. İkinci nəticəni daha düzğün hesab etsəm də, BU MƏMLƏKƏTDƏ BAŞI EYNƏN EŞŞƏYİN və ya QOYUNUN BAŞI KİMİ çalışan çox sayda ADAMCIQLarın da varlıqlarını inkar etmək ədalətsizlik olar. Razılaşın, bu gün Azərbaycanda siyasətin baş vurmadığı ev yoxdu. Və işsıs də, sərgərdan da alim də, həkim də, müəllim də, kəsəsi, cümlə vətəndaşlarımız məmur özbaşnalığının burulğanındayıq. Ziyalların maaşı hər il bir kilo qoyun ətinin ekvivalentində artırılır, əmanətlər 10:1 nisbətində qaytarılır, pensiyalar mədənin problemini zorla ödəyir, məmurların rəva bildikləri maaş kişinin başını aşağı edir, vətəndaşların evləri dağıdılır, haqqı deyənin başına min müsibətlər açılır, işğaldakı vətən torpaqları fəryad edir və paralel olaraq yüksək cinli məmurların ailə üzvləri, yaxın qohumları, yüksək vəzifədə olanların varidatları haqqında dünyanın nüfuzlu mətbuat orqanları yazır. Belə bir durumda hansı haqla, hansı mənəviyyətla demək olar ki, mən siyasətlə maraqlanmıram. Bəs nə ilə maraqlanırsan, ay adamcıq? O zaman sənin heyvandan nə fərqin oldu ki... Sən nədən İNSAN olduğunu anlamırsan? Nədən anlamırsan ki, KİŞİ əyilməməlidir, əyləndirməməlidir, qürurla yaşamalıdır, haqqın tərəfində durmalıdır. Kişinin KİŞİLİYİ məgər nəsil artırmaq, şəhvət söndürməklə, villa tikdirməklə, obyek açmaqla, məşuqəyə maşın hədiyyə etməklə ölçülür? Kişilik cəmiyyətdə tüğyan edən haqsızlığa, ədalətsizliyə, riyakarlığa, yaltaqlığa, cinayətkarlığa qarşı KİŞİ sözünü deməkdi, səsini qaldıran, sözünü deməkdi, səsini qaldıran, sözünü deyən kişilərin sırasında durmaqdı. Bu ölkədə əməkdarlar bir tərəfə, sayı- hesabı bilinməyən “xalq şairi”, “xalq artisti”, “xalq yazıçısı”, “xalq rəssamı” adını daşıyan kişilər var. Bir qismini çıxmaq şərti ilə, yerdə qalanları xalqın mübtəla olduğu bəlalara tam biganədir. Dindirən kimi “mənim siyasətlə işim yoxdu” cavablarını verir. Əcaba, bunlar hansı xalqın şairi, yazıçısı, artisti, rəssamıdır ki, Azərbaycan xalqının başına açılan müsibətləri görmürlər?.. Kütbeyin bəzi məmurlar yerli-yersiz mənasız aforizimlərlə kimlərinsə ətəyindən yapışmaqla özlərini kimlərəsə yamamağa salışırlar. Həmin o ətək axtaranın əllərin ətəyi kəsilə bilər. Cəmiyyət hər zaman stimulla yaşayır. Əgər vicdanlı olmaq, şəxsiyyət olmaq, kişi olmaq, həqiqətdən qorxmadan ifadə edib, hörmətli olmaq, yaxşı yaşamaq stimullaşıbsa, onda insanları qınamaq bir qədər cətin olar. Ancaq bir şeyi tam dəqiqliyi ilə bilirəm ki, zaman öz işindədir, dəyişən insanlardır. Şair R. Behrudinin təbirincə desək: “Alcaldır dizi-dizi...Sürüyür şeytan bizi, nə yaxş ki, göy üzü, nə yaxşı ki, Allah var”. Uzun sözün qısası, gercəkdən kişinin mövqeyi olmalıdır. Əlizadə Nəhmədağaoğlu