​Albaniyada NATO-nun ilk təyyarə bazası tikiləcək

Baxış sayı:
1567

Albaniyanın mərkəzi hissəsində NATO-nun təyyarə bazası tikiləcək.
Bu haqda ölkənin baş naziri Edi Rama feysbuk səhifəsində yazıb.
Alban hökumətinin başçısı bildirib ki, baza Kuçova (1950-ci ildən 1990-cı ilə qədər şəhər Stalin adlanırdı) şəhərində köhnə hərbi aerodromun yerində tikiləcək. Baş nazir dəqiqləşdirib ki, layihənin icrası bir il ərzində başlanmalıdır.
Qeyd edək ki, Albaniya 2009-cu ilin aprelindən Şimali Atlantika İttifaqının üzvüdür. Baza NATO-nun Balkanlarda ilk təyyarə bazası olacaq.