​“Akula Akif” azadlığa çıxır?

Baxış sayı:
5836

Sabiq MTN-çilərdən biri hakim qarşısına çıxarılıb.
Muxalifet.az Yeni Sabah-a istinadən xəbər verir ki, ləğv edilniş MTN-nin Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş "Akula” ləqəbli Akif Əliyevin cəzası azaldılıb.
Ali Məhkəmənin qərarı ilə onun cəzası 5 ildən 4 ilə endirilib. Bu qərarla sabiq MTN-çinin yaxın aylarda azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub.
O, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin cinayət məsuliyyətinə cəlb edilən 21 əməkdaşından biri idi.