​Aktiv vulkan püskürdü: 1700 nəfər...

Baxış sayı:
6814

ABŞ-ın Havay əyalətində yerləşən Kilauea vulkanı fəaliyyətə keçib.
Muxalifət.az xəbər verir ki, vulkanın püksürməsi nəticəsində 12 lava çatlağı meydana gəlib.
1700 nəfərin yaşadığı Leilani Estates bölgəsinə axan lava 35 binanı kül edib.
İsti lava 36 000 kub-metr əraziyə yayılıb. Mütəxəssislər yayılmağa davam edən lavanın nə qədər sahəni kül edəcəyini təxmin edə bilmir. Bölgədə komendant saatı elan edilib.
Dünyanın ən aktiv vulkanlarından olan Kilauea 1983-cü ildən bəri aktiv şəkildə lava püskürür.