​AKİF NAĞI: "İRAN DAĞILARSA, TÜRKİYƏ ÇÖKƏRSƏ, AZƏRBAYCAN AYAQLAR ALTINDA QALACAQ"

Baxış sayı:
795

Muxalifət.az hurriyyet.org-a istinadən xəbər verir ki, QAT sədri Akif Nağı İranda baş verən hadisələrlə bağlı açıqlama verib. Açıqlamada deyilir: “İranda baş verən aksiyalar ciddi təhlükələrdən xəbər verir. Qüdsü İsrailin paytaxtı elan edənlər bu gün İranı dağıtmaq, sabah Türkiyəni çökdürmək istəyirlər. Az sonra Pakistan növbəti qurban ola bilər. Çünki islam dünyasına olan basqıların qarşısında dayanan bu 3 ölkədir. Onların kifayət qədər gücü var ki, düşmənlərin planlarına mane olsunlar. Onları sıradan çıxardıqdan sonra bütün islam dünyasını asanlıqla diz çökdürəcəklər. Azərbaycan kimi kiçik ölkələr isə ayaq altında qalacaqlar. Kim düşünürsə ki, İranı dağıdıb, onun yerində Azərbaycan dövləti yaradacaqlar, çox böyük yanlışlığa yol verir.İranı dağıda bilsələr, orda Misir, iraq, Liviya, Suriyaya oxşar bir şey yaradacaqlar, əmin ola bilərsiniz. Ona görə də İranda kimlərinsə fitvası ilə küçələrə çıxanlar bunu fikirləşsinlər, başqalarının əlində oyuncağa çevrilməsinlər.Azərbaycan, İran, Türkiyə, Pakistan bir yerdə olmalı, hamı da bu birliyi təbliğ etməlidir.Suriya böhranı zamanı biz Türkiyə və İranın bir mövqedən çıxış etməsini təbliğ edirdik, hətta bir dəfə İstanbulda konfransda bu mövqedən çıxış etdim, az qaldılar məni düşmən elan edələr. Amma sonradan Türkiyə və İran bir movqedən çıxış edib, Suriyanı xilas etdilər. Suriya ayaq üstə qaldı, İran və Türkiyənin gücünü görən Rusiya onların yanında yer aldı, ABŞ da onların gücü ilə hesablaşmalı oldu.
Eyni mənzərəni İraqla bağlı da gördük, kürdləri qaldırıb İraqı məhv etmək istəyirdilər, İranla Türkiyənin eyni mövqedən çıxış etməsi vəziyyəti tam dəyişdi. Bu gün İran təhlükə ilə üzüzədir. İranı özümüzü qoruduğumuz kimi qorumalıyıq. İNDİ ELƏ HƏRƏKƏT ETMƏLİYİK Kİ, SONRA PEŞMAN OLMAYAQ. BU GÜN QÜDSÜ İSRAİLİN PAYTAXTI ELAN EDƏNLƏR SABAH ŞUŞANI ERMƏNİSTANIN PAYTAXTI ELAN EDƏCƏKLƏR. İNANMIRSINIZ? MİSİRİN, LİVİYANIN, SURİYANIN KÜÇƏLƏRİNƏ ÇIXIB ALƏMİ VİRAN QOYANLARIN DA AĞLINA GƏLMİRDİ Kİ, NƏ VAXTSA QÜDSÜ O CÜR ELAN EDƏCƏKLƏR. ONA GÖRƏ DƏ İNANIN. BU SSENARİLƏRİ POZMAQ ÜÇÜN BİR YERDƏ OLMALIYIQ. MARAQLARIMIZI , MÜTTƏFİQLƏRİMİZİ DÜZGÜN MÜƏYYƏNLƏŞDİRMƏLİYİK”.