AK Partiyadan açıqlama: “Kiçik İsrail QURMAQ İSTƏYİRLƏR”

Baxış sayı:
5278

Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komissiyasının sədri, AK Partiyanın Kahramanmaraş millət vəkili Celalettin İnam, "Cənubda kiçik İsrail yaratmaq istəyirlər" - deyib.
 
Celalettin İnam, "Zeytun Budağı” əməliyyatına münasibət bildirərkən “Bizim cənubumuzda Kürdüstan qurmaq istəmirlər. Bizim cənubumuzda kiçik İsrail yaratmaq istəyirlər. Cənubda Türkiyəni təhdid edəcək qüvvələr yaratmaq istəyirlər. Kürd uşaqlarını da o qüvvələrə gözətçi kimi görürlər, muzdlu əsgər kimi istifadə edirlər" deyə, söyləyib.
Artıq bundan sonar heç bir şeyin bir daha Yaxın Şərqdə və Türkiyədə bunların istədikləri kimi olmayacağını deyən Celalətdin İnam, buna yol verilməyəcəyini bildirib.
Müxalifət.az