​“Air France” reyslərin 30 faizini təxirə salıb - TƏTİL

Baxış sayı:
3706

Fransanın “Air France” şirkəti əməkdaşların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan reyslərin 30 faizini təxirə salıb.
Trend-in məlumatına görə, şirkət Parisin Şarl de Qoll və Orli, eləcə də ölkənin digər hava limanlarında nəzərdə tutulan reyslərin 70 faizini həyata keçirməyi planlaşdırır.
Şirkət əməkdaşları əmək haqlarının 6 faizədək artırılmasını tələb edir. Tətildə pilotların 34 faizi, eləcə də digər əməkdaşlar iştirak edir.
Tətillər aprelin 17, 18, 23 və 24-ə nəzərdə tutulub.