Aİ rəsmisindən etiraf: “Avropa Birliyi ikiüzlü davrana bilir”

Baxış sayı:
8293

Avropa Parlamentinin sədri müavini Telicka Misirli bir nazirlə görüşərək ölkədəki insan haqları pozuntularını və həbsxanalardakı məhkumların vəziyyətini araşdırmaq üçün səfər etmək istədiyini, ancaq müsbət cavab almadığını deyib.
 
“Avropa Birliyinin bəzən ikiüzlü davrandığını deyə bilərikmi” sualına cavab olaraq “Bəli, bəzən Avropa Birliyi ikiüzlü davrana bilir, mükəmməl deyilik" ifadəsini işlədən Telicka, buna baxmayaraq edam cəzası və insan haqları məsələsində Aİ-nin yaxşı vəziyyətdə olduğunu iddia edib.
Telicka, "Biz dünya polisi də deyilik. Səbəbkarları cəzalandırmaqla borclu deyilik. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı var. BMT ilə daha yaxın çalışaraq təşəbbüslərimizi gücləndirmək istəyirik" deyib.
Müxalifət.az