Ahıl kişini avtomobil vuraraq öldürüb - BAKIDA

Bakıda ahıl kişini avtomobil vuraraq öldürüb.
 
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Beşmərtəbə dairəsi" kimi tanınan ərazidə 99-CC-331 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil yolu keçən təxminən 70-75 yaşlı kişini (hələlik şəxsiyyəti məlum deyil) vurub. Hadisəni törədən sürücü yaralanı xəstəxanaya çatdırarkən o, yolda dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, sürücü saxlanılıb.
Hazırda ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.