Ağstafanın keçmiş başçısı təqsirini qismən etiraf etdi - YENİLƏNİB

Baxış sayı:
959

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.

Prosesdə iş üzrə 21 şahid dindirilib.

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

***

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Sabiq icra başçısının hüquqlarını vəkillər - Kamandar Nəsibov və Sadiq Rəsulov müdafiə edirlər.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərinə əsasən Ramiz Tatarov icra başçısının kabinetində müti görkəm alaraq yerli icra nümayəndələrindən yığdığı pulları ona təqdim edir, habelə “otkat” və digər korrupsiya məsələləri üzrə haqq-hesab aparırlar./Virtualaz.org