Ağstafa sakini ÖZÜNÜ GÜLLƏLƏDİ

Ağstafa sakini ov tüfəngi ilə özünə atəş açıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.