​Ağdaşda maşın su kanalına düşdü: Bir ailə...

Baxış sayı:
1621

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.
Muxalifet.az xəbər verir ki, hadisə zamanı maşında bir ailənin üç üzvü olub.
Hadisə zamanı ana və övladı - 1999-cü il təvəllüdlü Hümbətzadə Məsumə Bəhruz qızı və 6 aylıq övladı Hümbətzadə Selcan Oruc qızı xilasedicilər tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Yaralılar DYP əməkdaşlarının xidməti maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların hər ikisi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Maşını idarə edən ailə başçısı Hümbətzadə Orucu vaxtında sudan çıxartmağın mümkün olmadığı bildirilir.
Qəzaya düşən ailə üzvləri Naxçıvan şəhər sakinləridirlər. Hadisə onlar Bakıdan Qazaxa gedən zaman baş verib.