Ağdaşda 53 yaşlı kişi sirkə içərək intihara cəhd edib

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.
 
Ağdaş şəhəri Cəlil Məmmədquluzadə küçəsində yaşayan, 1964-cü il təvəllüdlü Rüstəmov İlqar Məmmədəli oğlu intihar məqsədilə sirkə turşusu içib.
 Ailə üzvləri İlqar Rüstəmovu ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
 Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.