Ağdamda şəhid olan mayor Aqil Omarov bu gün dəfn edilir - LƏLƏPAŞA KƏNDİNDƏ İZDİHAM - FOTOLAR

Baxış sayı:
12277

Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olmuş batalyon komandiri, mayor Aqil Ömərovun nəşi doğma Qax rayonuna gətirilib.
Erməni snayperinin alçaq gülləsinə tuş gəlmiş şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhid Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.