​Ağcabədidə avtomobili oğurlayıb kanala atdılar

Baxış sayı:
7153

Ağcabədi rayonunda avtomobil oğurluğu olub.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. 
O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından tapılıb. Hadisəni törədən şəxslər hələ ki, müəyyən edilməyib.
Avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.