Ağacan Əbiyev vəzifədən çıxarılmasına reaksiya verdi

Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.
 
İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib. S.Novruzov həm də Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədridir.
Maraqlıdır ki, Ağacan Əbiyev Unikal.org-a açıqlamasında bu qərardan xəbərsiz olduğunu bildirib: “Ola bilməz. Mən “komandirovka”dan təzə qayıtmışam. Maraqlanaram görüm nə məsələdir”.
Qeyd edək ki, A.Əbiyevin bir müddət əvvəl deputat həmkarı Astan Şahverdiyevlə bağlı bir açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Onun “Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” tipli açıqlaması səlahiyyətlərini aşması, qeyri-etik ifadə işlətməklə, özünün intizamı pozması kimi qiymətləndirilmişdi. A.Əbiyevin sədrlikdən uzaqlaşdırılması bu məsələ ilə bağlı ola bilərmi?
Deputat müvafiq suala sərt reaksiya verib: “Astan Şahverdiyev kimdi ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?”.
QEYD: Ağacan Əbiyevin dedyinə rəğmən Astan Şahverdiyervin kimliyi önəmli deyil. Önəmli olan onun arxasında durub onu parlamentə seçdirənlərdir.