Ağaca bağlayıb, qarnını kəsərək körpəsini oğurladılar

Baxış sayı:
7204

Braziliyada dəhşətli bir hadisə baş verib. Bir ağaca tikanlı məftillərlə bağlanmış halda tapılan qadının qarnı bıçaqla kəsilərək 8 aylıq körpəsi oğurlanıb.
 
Joao Pinheiro polissi, gənc qadının cəsədini yol kənarında bir ağaca bağlanmış vəziyyətdə tapıb.
 
Uşağı oğurlayan əri çıxdı
 
Ananı qaçırıb öldürən və bətnindəki körpəni oğurlayan isə, Ancelina Rodrigues və əri Roberto Gomes da Silvadır. Marya Cristianayı öldürən Ancelina Rodrigues, qucağında körpəylə Sao Lucastaki bir xəstəxanaya gedib, yeni doğuş etdiyini söyləyib və həkimlərdən təcili yardım istəyib.
Ancaq bir gün sonra cəsədin tapılması ilə istintaq başlayan polis, qısa müddətdə hadisəni çözə bilib. Qatil qadın, polisə bütün etdiklərini etiraf edib. Polis, cinayət zamanı Ancelina Rodriguesin yanında ərilə birlikdə üçüncü bir adamın daha olduğunu təxmin edir.
Müxalifət.az