Ağ Evin Aparat rəhbəri istefa verəcək - TRAMP AÇIQLADI

Baxış sayı:
2029

ABŞ prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb

Muxalifet.az trend-ə istinadən bildirir ki, Tramp Con Kellinin ilin sonunda postundan gedəcəyini deyib:

"Biz Conun yerinə gələcək şəxsin adını elan edəcəyik. Həmin şəxs bu vəzifəni müvəqqəti də idarə edə bilər. Mən bunu yaxın 1-2 gün ərzində elan edəcəm. Mən onun (Conun) xidmətinə çox dəyər verirəm".